İranda xanım cərrah hicaba görə universitetdən qovulub
Bir müddət əvvəl Gilan əyalətinin Babol şəhərində nümunəvi həkimlərin təltifetmə marisiminə başıaçıq qatılan cərrah Fatimə Rəcayirad cəzalandırılıb.
Qeyd edək ki, bundan əvvəl onun universitetdə dərs deməsinə qadağa qoyulmuşdu.
Bununla yanaşı, təltifetmə mərasimində iştirak edən Amol universitetinin tibb fakültəsinin müdiri, Amol şəhərinin “İmam Xomeyni” xəstəxanasının məsul şəxsi və Mazandaran əyalətinin tibb sisteminin rəhbəri tutduqları vəzifələrdən çıxarılıblar.
AzVision.az