İsveçin baş naziri ölkədəki kriminal vəziyyətdən narahatdır

İsveçin baş naziri ölkədəki kriminal vəziyyətdən narahatdır
  14 Dekabr 2023    Oxunub:1087
İsveçin baş naziri Ulf Kristersson ölkəsindəki təhlükəsizlik vəziyyətindən narahatdır.
Siyasətçi bu barədə Financial Times-a müsahibəsində danışıb. Onun sözlərinə görə, Skandinaviya ölkəsi İkinci Dünya Müharibəsindən bəri ən pis təhlükəsizlik vəziyyəti ilə üzləşib.

Kristersson qeyd edib ki, bu halda söhbət Rusiyadan gələn təhlükədən yox, İsveçdə tüğyan edən banditizmdən gedir. Eyni zamanda, baş nazir hakimiyyətin cinayətkarlığa qalib gələ biləcəyinə əminliyini ifadə edib.

2023-cü ilin martında Türkiyənin “Anadolu” nəşri məlumat yayıb ki, statistik məlumatlara görə, İsveç quldur dəstələrinin sayının artması səbəbindən Qərbi Avropada silahlı zorakılığın ən yüksək göstəricilərindən birinə malikdir.

Cinayətlərin sayının artması ilə əlaqədar İsveç hakimiyyəti məhkəmə sistemi üçün ayrılan vəsaitin 90 milyard krona qədər artırılmasını açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti