Tehran Şimal-Cənub dəhlizi barədə İrəvanla razılığa gəlib

Tehran Şimal-Cənub dəhlizi barədə İrəvanla razılığa gəlib
  14 Dekabr 2023    Oxunub:1068
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 2024-cü ilin əvvəlindən rusların iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacağını və Şimal-Cənub keçid dəhlizlərinin tamamlanması üçün Ermənistanla razılaşma əldə olunduğunu açıqlayıb.
AzVision.az “Tasnim News” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazirinin sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisi yeni ilin əvvəlindən Rusiya ilə bağlanmış müqaviləyə uyğun olaraq başlayacaq. Ermənistanla razılaşma isə ilk dəfə olaraq İran şirkətləri ilə Şimal-Cənub keçid dəhlizlərini tamamlamaq üçün 20 milyon dollardan çox dəyərində müqavilənin imzalanması ilə nəticələnib.

İranlı nazir həmçinin Türkmənistanla İran şirkətləri arasında 550 milyon dollar dəyərində yol tikintisi ilə bağlı müqavilənin bağlanmasını ölkə tarixində görünməmiş hal kimi qiymətləndirib.

“Bu müqavilələr həm İranın dəhliz rolunu tamamlayacaq, həm də iranlıların dünyada fəallığına və tanınmasına səbəb olacaq”, - Mehrdad Bəzrpaş deyib.
AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti