İranda müxalifətçi qadın ağır həbs cəzasına məhkum olundu

İranda müxalifətçi qadın ağır həbs cəzasına məhkum olundu
  14 Dekabr 2023    Oxunub:803
İranın Qolpayeqan şəhərinin İnqilab məhkəməsi siyasi fəal Məsumə Yavərini 13 il həbs cəzasına məhkum edib.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, xanım Yavəri “dövlət əmlakını dağıtmaq”, “hakimiyyətə qarşı təbliğat aparmaq” və “terror qruplaşmasına üzv olmaq”da günahlandırılıb.

Lakin hüquq müdafiəçiləri Məsumə Yavəriyə qarşı irəli sürülən ittihamların əsassız olduğunu, dinc fəaliyyət göstərən xanımın hakimiyyətə qarşı sərt tənqidi ifadələrinə görə şərləndiyini deyirlər.

Qeyd edək ki, ötənilki etirazlarda iştirak etmiş və ümumiyyətlə hökumətin siyasətinə müxalif mövqe tutan şəxslərə qarşı İran məhkəmələri bu qəbildən olan standart ittihamlar irəli sürürlər.
AzVision.az


Teqlər: İran   həbs  





Xəbər lenti