Zelenski: Ukraynada partizan hərəkatı başlaya bilər

      Zelenski:    Ukraynada partizan hərəkatı başlaya bilər
  13 Dekabr 2023    Oxunub:1221
ABŞ və Avroipa İttifaqının maliyyə və hərbi yardımı dayandırılsa, Ukrayna 45 yaşdan yuxarı kişiləri orduya çağırmalı və partizan müharibəsinə keçməli olacaq.

AzVision.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodomir Zelenski ABŞ-da amerikalı senatorlarla görüşü zamanı belə bəyanat səsləndirib.

Respublikaçı senator Ron Consonun sözlərinə görə, Ukrayna prezidenti resurs çatışmazlığı səbəbindən Kiyevin işğalçı qüvvələrə qarşı üsyançılardan istifadə edərək qeyri-ənənəvi taktikaya keçmək məcburiyyətində qalacağına eyham vurub. Conson bunu ABŞ-nin Əfqanıstan və İraqda müdaxiləsi zamanı həmin ölkələrəd baş verənlərlə müqayisə edib.

ABŞ Konqresinin hələ də Ukraynaya 61 milyard dollar ayırmağa razı olmadığına və bu məsələni 2024-cü il yanvarın ortalarına qədər təxirə sala biləcəyinə baxmayaraq, senatorlarla danışıqlardan sonra Zelenski onların dəstəyini hiss etdiyini bildirib.

“Biz bilirik ki, söz var, amma bir də nəticə var. Ona görə də nəticəyə ümid edəcəyik” , - Ukrayna lideri vurğulayıb.

Amma son vaxtlar istər Vaşinqton, istərsə də pnun müttəfiqləri nəticədən çox sözə üstünlük verirlər.
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Zelenski   ABŞ  





Xəbər lenti