“Qarabağ” üçün Avroliqada ilk 6 potensial rəqib

   “Qarabağ” üçün Avroliqada ilk 6 potensial rəqib
  13 Dekabr 2023    Oxunub:1252
Çempionlar Liqasından Avropa Liqasına düşən daha 4 komanda bəlli olub.
AzVision.az xəbər verir ki, dünən gecə 4 qrupda keçirilən oyunlardan sonra həmin komandaların adına aydınlıq gəlib.

Öz qruplarında 3-cü yeri tutan “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” və “Benfika” (hər ikisi Portuqaliya) avrokuboklarda mübarizəni AL-in pley-off (1/16 final) mərhələsində davam etdirəcəklər. Daha əvvəl "Feyenoord" (Niderland) və "Yanq Boyz"un da (İsveçrə) qrupu 3-cü yerdə başa vuracağı qətiləşib (son turun nəticəsindən asılı olmayaraq).

Həmin mərhələyə ÇL-dən qoşulacaq sonuncu 2 iştirakçı bugünkü qrup oyunlarından sonra bilinəcək.

ÇL-də üçüncü yeri tutacaq son 2 komanda isə bu 5 klubdan biri olacaq: "Milan", "Nyukasl", PSJ, "Portu", "Şaxtyor".

Qeyd edək ki, onların “pley-off”da rəqibləri AL-də öz qruplarında 2-ci yeri tutan komandalar olacaq. Potensial rəqiblər sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam təmsilçisi sabah “Hekken”ə (İsveç) qarşı AL-də qrupun son oyununa çıxacaq.

Bakıda keçiriləcək bu görüş yerli vaxtla saat 21:45-də başlanacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda qrupun digər matçı - “Bayer” (Almaniya) - “Molde” (Norveç) oyununun nəticəsindən asılı olmayaraq 1/16 finala vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti