"Ucuz bir markadan geyinsəm də..." - Xalq artisti
R. Ayxanın sözlərinə görə, əslində brend geyinən başqa müğənnilər də var: “Amma bu onlarda, doğrudan da, görünmür. Mən isə populyar olmayan, ucuz bir markadan geyinsəm, o məndə marka kimi görünəcək. Məncə, ən önəmlisi onu daşıyanlardır. Düşünürəm ki, onu çox gözəl daşıyıram. Adam da var ki, marka geyinib, amma heç hiss etmirsən. Onu da əzməyə ixtiyarımız yoxdur”.
Xatırladaq ki, bir müddət əvvəl müğənni A. Babakişiyeva Azərbaycanda müğənnilər arasında Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, müğənni Gülay Zeynallı və özündən başqa bahalı brend geyinən sənətçinin olmadığını demişdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: