Yaponiyada hökumətə etimadsızlıq qətnaməsi parlamentə təqdim edildi

Yaponiyada hökumətə etimadsızlıq qətnaməsi parlamentə təqdim edildi
  13 Dekabr 2023    Oxunub:785
Yaponiyanın aparıcı müxalifətçi Konstitusiya Demokratik Partiyası baş nazir Fumio Kişida hökumətinə etimadsızlıq barədə qətnamə layihəsini onun rəhbərlik etdiyi Liberal Demokrat Partiyasında siyasi ianələrin toplanmasında pozuntularla bağlı səs-küylü qalmaqal fonunda parlamentə təqdim edib.
Artıq digər müxalifət qüvvələri, o cümlədən Yaponiya Kommunist Partiyası və Yaponiya Yeniləşmə Cəmiyyəti də qətnamə layihəsini dəstəklədiklərini bildiriblər. Lakin LDP və onun hakim koalisiya partnyoru Komeito Partiyasının parlamentdəki əksəriyyətini nəzərə alsaq, müxalifətin bu addımının uğur şansı yoxdur. Qətnamə layihəsinin rədd ediləcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimuranı, eləcə də hakim Liberal Demokrat Partiyasında bir neçə nüfuzlu siyasətçini dəyişdirmək qərarına gəlib. Onlar siyasi ianələr toplamaqdan gəlir əldə etməkdə şübhəli bilinirlər.

Partiyanın siyasi şurasının rəhbəri Koişi Haqiuda və partiyanın daha bir neçə təmsilçisi postlarını itirə bilər. Nişimura, digər sahələrlə yanaşı, Rusiya ilə iqtisadi sahədə əməkdaşlığa cavabdehdir. Müxalifət bundan əvvəl Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya ilə münasibətlərə nəzarət edən nazir vəzifəsinin ləğvini tələb edirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti