Qəzzada ölənlərin sayı 18,5 mini keçib

Qəzzada ölənlərin sayı 18,5 mini keçib
  13 Dekabr 2023    Oxunub:919
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 18,5 mini keçib.
Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb. Bildirilib ki, 50 mindən çox insan yaralanıb. Qeyd edək ki, dekabrın 10-a Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin oktyabrın 7-də münaqişə başlayandan Qəzza zolağında qurbanların sayı 18 minə yaxın olub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti