"Sülh sazişinin imzalanma vaxtını Bakı ilə İrəvan müəyyən etməlidir" - Rusiya XİN

 "Sülh sazişinin imzalanma vaxtını Bakı ilə İrəvan müəyyən etməlidir" -  Rusiya XİN
  12 Dekabr 2023    Oxunub:1406
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanma vaxtını tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti