Abdullahiyan: “HƏMAS və Hizbullah Ukraynadan silah alır” - VİDEO
“İran hansı yardımı təklif edir? Bu dəstəyi necə təsvir edirsiniz? Siz deyirsiniz ki, İran “müqavimət oxuna” nəzarət etmir (HƏMAS və Hizbullah da daxil olmaqla) və onlar öz qərarlarını müstəqil qəbul edirlər. Bunu əvvəllər demisiniz. Bəs sizin dəstəyiniz necədir?”, - sualları ilə müraciət edib.
İranın xarici işlər nazirinin cavabı özündə həm etiraf, həm də yenilik əks etdirib.
“Açığını deyim ki, Hizbullah, HƏMAS və İslami Cihad Təşkilatına hər cür dəstəyi vermişik. Məndən soruşsanız ki, onlar silahları haradan alırlar, bu gün silahların qara bazarlarından biri Ukraynadır. Onlar Ukraynadan istədikləri silahları rahatlıqla ala bilirlər. Biz Fələstin məsələsi üçün mühüm həll yolu təklif etdik və bu həll yəhudilər, xristianlar və müsəlmanlar da daxil olmaqla, bütün fələstinlilər arasında referendumun keçirilməsidir”, - Abdullahiyan deyib.
AzVision.az
Teqlər: