Bakıda yanğında 41 uşaq təxliyə edildi - YENİLƏNİB

 Bakıda yanğında 41 uşaq təxliyə edildi -  YENİLƏNİB
  12 Dekabr 2023    Oxunub:1012
Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın baş verən küçədə sıxlıq yaranıb
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermi yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti