Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib. Ali Yerlikaya Superliqada oynanılan “Ankaragücü”- “Çaykur Rizəspor” matçından sonra “Ankaragücü”nün prezidenti Faruk Koca və digər şəxslərin hücumuna məruz qalan hakim Halil Umut Meleri müalicə aldığı xəstəxanada ziyarət edib. Ziyarət əsnasında Rəcəb Tayyib Ərdoğan döyülən hakimlə telefonda söhbət edib və ədalət təmsilçisinin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
AzVision.az