Xankəndi stadionunda Xankəndi yazıldı!

   Xankəndi stadionunda Xankəndi yazıldı!
  12 Dekabr 2023    Oxunub:917
Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.
AzVision.az xəbər verir ki, tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb. Bundan başqa stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.

Artıq stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti