Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb

Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb
  11 Dekabr 2023    Oxunub:1156
Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti