Dünyanın ən böyük binası - FOTOLAR

Dünyanın ən böyük binası - FOTOLAR
  19 İyun 2014    Oxunub:1314
Çində dünyanın ən böyük binası inşa olunub.
Sahəsi 1,76 milyon kvadratmetr olan bu binaya Sidneyin 20 opera teatrı və ABŞ-ın Pentaqon binası böyüklüyündə 3 tikili yerləşə bilər.

AzVision.az xəbər verir ki, “The New Century Global Center” adlanan binanın uzunluğu 500 metr, eni isə 400 metrdir. Burada çoxsaylı ticarət mərkəzləri və ofislər yerləşəcək. Bundan əlavə, binada Beynəlxalq tədbirlərin və yarışların keçirilməsi də nəzərdə tutulur.

Ölkə rəhbərliyi 2020-ci ilədək binanın yerləşdiyi ərazinin yaxınlığında aeroport tikilməsini planlaşdırır.

Qalereya




Teqlər:





Xəbər lenti