Osloda “Qadın, Həyat, Azadlıq” mövzusunda fotosərgi keçiriləcək

Osloda    “Qadın, Həyat, Azadlıq”    mövzusunda fotosərgi keçiriləcək
  09 Dekabr 2023    Oxunub:1076
Dekabrın 12-də Norveçin paytaxtı Osloda yerləşən Nobel Sülh Mükafatı Fondunun muzeyində “Qadın, Həyatı, Azadlıq” mövzusunda foto sərgisinin açılışı planlaşdırılır.
AzVision.az Muzeyin yaydığı məlumata istinadən xəbər verir ki, builki sərgidə “İranda azadlıq və insan haqları uğrunda mübarizə aparan iranlı qadınların” fotoşəkilləri nümayiş etdiriləcək.

Təşkilatçıların fikrincə, bu sərgidə tamaşaçılara “İranlıların, xüsusən də qadınların gündəlik həyatı” ilə tanış olmaq imkanı verilməli və “Dünyanın qalan hissəsi İran və regiondakı problemlərin həllində necə iştirak edə bilər” mövzusunda zəmin yaratmalıdır.

Sərginin ən mühüm hissələrindən biri 2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin fotolarıdır. Həmçinin, bu iranlı hüquq müdafiəçisinin həyat hekayəsinin onun öz dilindən səsləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü il Nobel mükafatının təqdimetmə mərasimi sabah, dekabrın 10-da keçiriləcək.
AzVision.az



Teqlər: Oslo   sərgi  





Xəbər lenti