Məhbusun ölümü ilə bağlı İranda həbsxana rəisinə qarşı iş açılıb

   Məhbusun ölümü ilə bağlı İranda həbsxana rəisinə qarşı iş açılıb
  09 Dekabr 2023    Oxunub:865
İranda yaşanan kütləvi etirazlar zamanı həbs edilən Cavad Ruhinin ölüm səbəbi ilə bağlı məhkəmə tibb həkiminin rəyi alınıb.
AzVision.az Ruhinin vəkili Məcid Kavenin yaydığı məlumata istinadən xəbər verir ki, hazırda Növşəhr həbsxanasının rəisinə qarşı məhbusun “intiharı” maddəsi ilə açılan iş prokurorluğa göndərilib.

“Tibbi ekspertiza rəyinə əsasən, Cavad Ruhinin ölüm səbəbi, Növşəhr həbsxanasının tibb məntəqəsində toksik vasitələrin qarşılıqlı təsiri nəticəsində şüur səviyyəsinin aşağı düşməsinin olduğu müəyyənləşib. Buna görə də həmin həbsxananın rəisinə qarşı iş açılıb. Təqsirləndirilən şəxslərin cəzalandırılması ilə bağlı sərəncamın verilməsi və araşdırma aparılması üçün həmin iş Baş və İnqilab prokurorluğunun vilayətin mərkəzində yerləşən birinci istintaq şöbəsinə göndərilib”, - Kave deyib.

Ali Məhkəmədə üç dəfə ölüm hökmü ləğv edilən Cavad Ruhi bu il avqustun 31-də səhər saatlarında dünyasını dəyişib və Növşəhr həbsxanasının ictimaiyyətlə əlaqələr şöbəsi onun ölümündən əvvəl xəstəxanaya köçürülməsinin səbəbinin “spazm” olduğunu açıqlayıb.

Növşəhr həbsxanasında ölən etirazçı Cavad Ruhinin əlyazmalarının bir hissəsinin nəşrindən həbsdə olarkən məcburi etiraf almaq üçün onun ağır işgəncələrə məruz qaldığı aydınlaşır.
AzVision.az


Teqlər: İran   həbsxana  





Xəbər lenti