Vaşinqton İranın dəstəyi ilə həyata keçirilən hücumu tənqid edib

Vaşinqton İranın dəstəyi ilə həyata keçirilən hücumu tənqid edib
  09 Dekabr 2023    Oxunub:1074
ABŞ-nin Dövlət departamentinin sözçüsü Metyu Miller İranın dəstəklədiyi milislərin Amerikanın Bağdaddakı səfirliyinə və hərbi qüvvələrinin İraqdakı mövqelərinə hücumlarını pisləyib.
AzVision.az xəbər verir ki, Metyu Miller İraqda sərbəst şəkildə fəaliyyət göstərən İrana bağlı qüvvələrin ümumi təhlükəsizliyə təhdid yaratdığını bildirib.

“Birləşmiş Ştatlar dünən gecə ABŞ-ın Bağdaddakı səfirliyinə edilən raket hücumlarını və bu gün Amerika personalının yerləşdiyi obyektlərə edilən hücumları şiddətlə qınayır. İraqda sərbəst şəkildə fəaliyyət göstərən bir çox İrana bağlı milislər İraqın təhlükəsizliyini və sabitliyini, şəxsi heyətimizi və bölgədəki tərəfdaşlarımızı təhdid edir. İraq hökuməti dəfələrlə diplomatik missiyaları və İraqın dəvəti ilə ölkədə olan ABŞ hərbçilərini qorumağa söz verib. Bizim özümüzü müdafiə etmək hüququmuz müzakirə oluna bilməyəcəyi kimi, bu da müzakirə mövzusu deyil”, - Metyu Miller deyib.

Qeyd edək ki, İraqın təhlükəsizlik orqanlarının rəsmiləri Bağdadda Yaşıl zonada yerləşən ABŞ səfirliyinə ən azı üç raketin düşdüyünü açıqlayıb.

ABŞ hərbçilərinin rəsmisi isə beynəlxalq antiterror koalisiyasının qüvvələrinin yerləşdiyi ABŞ səfirliyinə və Üçüncü Alyansın bazası yaxınlığında xəbərdarlıq sirenasının səsləndiyini və “mümkün zərbə” eşidildiyini bildiriib.
AzVision.az



Teqlər: ABŞ   İraq  





Xəbər lenti