Movəhhediyan: “İran Ermənistanın sərhədlərinin müdafiəçisi olub”

      Movəhhediyan:    “İran Ermənistanın sərhədlərinin müdafiəçisi olub”
  09 Dekabr 2023    Oxunub:1229
Ermənipərəst siyasi ekspert Ehsan Movəhhediyan hətta hərbi saziş olmadan belə İranın Ermənistanın sərhədlərini müdafiə etdiyini bildirib.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Movəhhediyan özünün “X” hesabında belə paylaşım edib.

“Ermənistanın Qərbə yönəlməsi İranı bu ölkə ilə əməkdaşlığı genişləndirməkdə tərəddüdlə üzləşdirir. İrəvan İran və Rusiyanı təhdid etməkdə Qərbin hərisliyinə boyun əyməməlidir. İran hərbi saziş olmadan Ermənistanın sərhədlərinin müdafiəçisi olub və öz sadiq, etibarlı müttəfiqlərini (Suriyada, İraqda, Yəməndə, Fələstində) tək qoymur”, - ermənipərəst iranlı ekspert yazıb.

Maraqlıdır ki, İran hökuməti də, İranda ermənilərdən də çox erməni olmağa çalışan “ekspert”lər də Ermənistanın ənənəvi satqınlıq siyasətindən ibrət dərsi götürmək əvəzinə təcavüzkar ölkəyə öz sədaqətlərini sübut etməyə çalışırlar.

Fələstini “tək qoymamaq” məsələsinə gəldikdə isə, Tehranın sərt bəyanatlarından başqa, hansısa konkret addımlar atdığı hələ ki, məlum deyil.
AzVision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti