İranda mollalar da hökumətin korrupsiyaya qurşandığını etiraf edirlər

   İranda mollalar da hökumətin korrupsiyaya qurşandığını etiraf edirlər
  09 Dekabr 2023    Oxunub:1227
İran hakimiyyəti ölkədə korrupsiya hallarını ört-basdır etməyə çalışsa da, onun dayağı olan mollalar belə bu mərəzin bütün cəmiyyəti bürüdüyünü vurğulayırlar.

AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, İranın rəhbəri Xameneyinin nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Ameli ölkədə korrupsiya halları barədə verilən suallar qarşısında aciz qaldığını etiraf edib.

“Mən daha xütbə oxuya bilmirəm. 20 yaşlı vətəndaş yanıma gəlib deyir ki, utanmırsan, təqvadan danışırsan?
Mən nə edim? Mənə deyin görüm! Korrupsiya açıqlanarsa, yeyinti açıqlanarsa, insanlar bu mənimsəmənin sonunun nə olacağı ilə bağlı çox həssas olacaqlar”, - deyib.

Artıq teokratik rejimin dayqlarının və tərəfdarlarının belə etirafları İran hökumətinin siyasətinin iflasa uğradığını sübuta yetirir.

AzVision.az


Teqlər: İran   korrupsiya  





Xəbər lenti