İranlı ekspert: “İnflyasiya cilovlanmasa, İranda vəziyyət çox çətin olacaq”

   İranlı ekspert:    “İnflyasiya cilovlanmasa, İranda vəziyyət çox çətin olacaq”
  09 Dekabr 2023    Oxunub:1128
İranın iqtisadi problemlərinin daha da dərinləşəcəyi barədə ekspertlərin verdiyi bədbin proqnozların sayı xeyli artıb.

AzVision.az “Tazenews” saytına istinadən xəbər verir ki, İranlı istisadçı ekspert Vəhid Şəqayeqi 2024-cü il İranda iqtisadi proseslərin neqativ məcrada gedəcəyini açıqlayıb.

“Gələn il ölkə iqtisadiyyatı ilə bağlı proqnoz haqda bunu deyərdim ki, qarşıdakı ildə vəziyyət çox çətin olacaq, çünki inflyasiya gözləntiləri yenidən alovlana bilər və bununla ölkədə iqtisadi artımın istiqaməti müəyyənləşəcək. Nəticədə hökumətin pul siyasəti əks istiqamətə gedə bilər və iqtisadiyyat yenidən inflyasiya mərhələsinə yuvarlanar!”, - Şəqayeqi deyib.
AzVision.az



Teqlər: İran   inflyasiya  





Xəbər lenti