Bəluc paramilitar təşkilatı SEPAH üzvlərinə hücum edir

Bəluc paramilitar təşkilatı SEPAH üzvlərinə hücum edir
  08 Dekabr 2023    Oxunub:1000
Bəlucların “Ənsar Əl-Furqan” adlı paramilitar (yarımhərbi) təşkilatı İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində nəzarət-buraxılış məntəqəsinə hücum edib.
AzVision.az xəbər verir ki, “Ənsar Əl-Furqan” təşkilatı Sistan və Bəlucistan əyalətində SEPAH avtomobilinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində SEPAH-ın 4 əməkdaşı ölüb.

Sünni bəlucların yaşadıqları Sistan və Bəlucistan əyaləti tez-tez hökumət əleyhinə nümayişlər və rejim təhlükəsizlik qüvvələri ilə toqquşmalarla seçilən İranın ən böyük etiraz mərkəzidir.
AzVision.az


Teqlər: İran   bəluclar  





Xəbər lenti