Abdullahiyan: Yaxın günlər İsrail üçün dəhşətli olacaq

      Abdullahiyan:    Yaxın günlər İsrail üçün dəhşətli olacaq
  08 Dekabr 2023    Oxunub:1196
İranın xarici işlər naziri Qətərin baş naziri və xarici işlər nazirləri ilə telefon danışığında qarşıdakı günlərinb İsrail rejimi üçün çox dəhşətli olacağını idda edib.
AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, Hüseyn Əmir Abdullahyan Qətərin baş naziri və xarici işlər naziri ilə telefon danışıqlarında Qəzza və İordan çayının qərb sahilindəki son hadisələri və İsrailin Fələstinə qarşı davam edən təcavüzü barədə müzakirələr aparıb.

Qəzza və İordan çayının qərb sahilində qadınlara və uşaqlara qarşı cinayətləri pisləyən iki ölkənin xarici işlər nazirləri beynəlxalq ictimaiyyətin təcili tədbirlər görərək İsrail rejimi tərəfindən müharibə cinayətləri, soyqırım və beynəlxalq qanunların açıq şəkildə pozulmasının dərhal dayandırılmasını tələb ediblər. Tərəflər Fələstin xalqına genişmiqyaslı humanitar yardımın göndərilməsi zərurətini də vurğulayıblar.

İran və Qətərin xarici işlər nazirləri BMT-nin baş katibi Antonio Quterreşin İsrail rejiminin Qəzza sakinlərinə qarşı hücumlarının dayandırılması istiqamətində səylərini dəstəkləyiblər.
Əmir Abdullahyan İslam müqavimətinin indiyə qədər İsrail rejiminin təcavüzlərinə güclü cavab verdiyini və bu tendensiya ilə qarşıdakı günlərin İsrail rejimi üçün çox dəhşətli olacağını söyləyib.
AzVision.az


Teqlər: Abdullahiyan   İsrail  





Xəbər lenti