"Azərbaycan hökumət nümayəndələrinin Vaşinqtona səfərini müsbət qarşılayırıq
Qeyd olunub ki, O’Brayen 6 dekabr tarixində Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müsbət və konstruktiv görüş keçirib.
"Onlar iki ölkənin dərin tarixi əlaqələrini və ikitərəfli münasibətlərin əhəmiyyətini müzakirə ediblər. Dövlət katibinin köməkçisi O’Brayen Prezident İlham Əliyevə ABŞ-nin Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin və Azərbaycan Respublikasının energetika nazirinin Vaşinqtona gözlənilən səfərlərini müsbət qarşıladığını bildirib. Bundan başqa, o dövlət katibi Entoni Blinkenin sülh danışıqlarının növbəti raundu üçün tezliklə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcəyinə ümid etdiyini bildirib", - məlumatda deyilir.
AzVision.az
Teqlər: