Baş Prokurorluq mina partlayışı ilə bağlı araşdırma aparır

   Baş Prokurorluq mina partlayışı ilə bağlı araşdırma aparır
  07 Dekabr 2023    Oxunub:1794
Baş Prokurorluq Füzuli rayonu Horadiz kəndi ərazisində mina partlayışı ilə bağlı araşdırma aparır.
AzVision.az -a qurumdan daxil olan məlumata əsasən, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az



Teqlər: Mina  





Xəbər lenti