Konqresin Nümayəndələr Palatasının eks-spikeri konqresmen postunu tərk edir
“Amerikaya yeni üsullarla xidmət etmək üçün bu ilin sonunda Nümayəndələr Palatasını tərk etmək qərarına gəldim. Bilirəm ki, işim yeni başlayır”, - Makkarti bildirib.
Siyasətçi qeyd edib ki, o, Kaliforniyanı 17 il Nümayəndələr Palatasında təmsil edib və bu müddət ərzində iki dəfə Respublikaçılar Partiyasının bu qurumda çoxluq qazanmasına kömək edib.
Siyasətçinin sözlərinə görə, onun spiker olduğu müddətdə (yanvardan oktyabr ayına qədər) Nümayəndələr Palatası bir neçə mühüm qanun layihəsini qəbul etməyə nail olub.
AzVision.az
Teqlər: