Rusiya mallarının ABŞ-a idxalı artıb

Rusiya mallarının ABŞ-a idxalı artıb
  06 Dekabr 2023    Oxunub:976
Rusiya mallarının ABŞ-a idxalının həcmi sentyabrdakı 252,3 milyon dollardan oktyabr ayında 274,4 milyon dollara yüksəlib.
AzVision.az xəbər verir ki, ABŞ-ın əsas statistika agentliyi olan Siyahıyaalma Bürosunun ticarət dövriyyəsi haqqında aylıq hesabatına əsasən avqustda Rusiyadan ABŞ-a idxal olunan malların həcmi 298,1 milyon dollar, iyulda 241,7 milyon dollar, iyunda 411,7 milyon dollar təşkil edib.

Büronun məlumatlarına görə, Rusiyaya Amerika mallarının ixracı sentyabrda 38,4 milyon dollardan oktyabrda 34,8 milyon dollara qədər azalıb. Bu göstərici avqustda 32,1 milyon dollar, iyulda 35,6 milyon dollar, iyunda 30,9 milyon dollar təşkil edib.

ABŞ-ın Siyahıyaalma Bürosunun fevralın əvvəlində verdiyi məlumata görə, 2022-ci ildə Amerika mallarının Rusiyaya ixracının həcmi Rusiya-Amerika ticarət göstəricilərinin hesablanmasının bütün dövrü ərzində rekord səviyyədə aşağı düşərək 1,7 milyard dollar təşkil edib. Amerika məhsullarının Rusiyaya ixracının həcmi isə ötən il 2021-ci ildəki 6,4 milyard dollardan təxminən 3,7 dəfə azalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti