“Hizbullah” Türkiyəni İsrailə neft tranzitini davam etdirməsindən narazıdır

“Hizbullah”  Türkiyəni İsrailə neft tranzitini davam etdirməsindən narazıdır
  06 Dekabr 2023    Oxunub:956
Livanın İrana bağlı “Hizbullah” hərbi-siyasi təşkilatının lideri Həsən Nəsrullah “X” hesabında Türkiyəni İsrailə neft tranzitini davam etdirməkdə günahlandırıb.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, bu ittihamı əks etdirən karikatura Türkiyənin Tehran və Təbrizdəki diplomatik nümayəndəlikləri önündə bir qrup radikal Bəsic üzvlərinin etiraz aksiyaları ilə eyni vaxtda paylaşılıb.

Qeyd edək ki, bu, İranın HƏMAS üçün təbliğat şoularından başqa heç nə etmədiyi və ABŞ-nin İraqda İrana məxsus blokladığı 10 milyard dollar aktivinin sərbəst buraxmasından sonra Tehranın HƏMAS-ı İsrailin qarşısında tək qoyduğu bir vaxtda baş verir.

İranın Türkiyədən narazılığı Ankaranın HƏMAS-a dəstəyi ilə İslam dünyasının ictimai rəyinin böyük bir hissəsinin Türkiyəyə yönəlməsi və İranın Fələstin məsələsində sözdə inhisarının qırılması ilə bağlıdır. Xüsusilə İraq, Suriya və digər Yaxın Şərq ölkələrində gedən proseslər Türkiyənin xeyrinə, İranın isə zərərinə ola bilər.

Digər tərəfdən, Həsən Nəsrullah nədənsə Türkiyəyə qarşı müharibə aparan PKK terrorçularının və Azərbaycan ərazilərində insanlığa qarşı cinayətlər törədən erməni terrorçularının böyük hissəsinin məhz “Hizbullah”ın Livanda yerləşən hərbi düşərgələrində hazırlanmasını dilə gətirmir.
AzVision.az


Teqlər: "Hizbullah"   Türkiyə  





Xəbər lenti