"The Spectator": Böyük siyasətin "qartopu" oyunu

      "The Spectator":    Böyük siyasətin "qartopu" oyunu
  06 Dekabr 2023    Oxunub:1707
ABŞ-ın məşhur “The Spectator” nəşrinin dekabr sayının üz qabığında dünyadakı vəziyyət qartopu oyunu kimi təsvir edilib. Şəkildə bir-biri ilə döyüşən iki cütlük təsvir olunub: İran-İsrail və Rusiya-Ukrayna.
İsrailin baş naziri Netanyahu ilə İranın ali dini rəhbəri Xamneyi bir-birini vurmağa macal gözləyirlər. Netanyahunun gözlərinin çəpləşməsindən belə məlum olur ki, ona bir zərbə artıq dəyib. Bununla "Həmas"ın İsrailə qəfil hücumuna işarə olunur. Amma diqqət edin ki, "Həmas"ın özü şəkildə yoxdur. Çünki o, İranın proksi-vasitəsi kimi qəbul olunur və İsrailə hücumun əsl təşkilatçısı İran sayılır.

Şəkildəki ikinci (ön plandakı) döyüşən cütlük Putinlə Zelenskidir. Ən böyük qartopu Putindədir. Zelenski isə oynamaq üçün qartopu axtarır. Bununla Ukraynanın Qərbin silah tədürükündən asılı olmasına işarə edilib. Diqqət edin ki, o, Putinin qarşısında silahsız təsvir olunub.

Bayden lap arxada qarda batıb qalıb və nə baş verdiyini anlamağa çalışır. Bununla jurnalın rəssamları demək istəyirlər ki, əslində bütün bu qarışıqlığın arxasında dayanan Amerikadır. Di gəl ki, dünyanı qarışdırsa da, nə edəcəyini bilmir...

Samir Quliyev
AzVision.az

Ən elmli ölkələr | İnfoqrafika


Teqlər: İllüstrasiya  





Xəbər lenti