İran texnologiyadan repressiya üçün istifadə edir

 İran texnologiyadan repressiya üçün istifadə edir
  06 Dekabr 2023    Oxunub:829
Məşhəd şəhər metrosundan paylaşılan görüntüyə əsasən, İran hökuməti ağıllı kameralar (Smart Camera) vasitəsilə məcburi hicab qaydalarına riayət etməyən insanların kimliyini müəyyənləşdirir.
AzVision.az xəbər verir ki, “Xorasan” qəzetinin redaktoru Vahid Təfrihi öz “İnstagram” hesabında bununla bağlı paylaşım edib.

“Bura Məşhəd metrosunun “Şəriət” stansiyasıdır. Kameralar önündən kim keçirsə, fotoşəkli çəkilərək kimliyi, o cümlədən yaşı və cinsi monitorda göstərilir. Olar ki, Bələdiyyə bu işdə hansı məqsəd güldüyünü izah etsin?”, - paylaşımda deyilir.

Qeyd edək ki, ağıllı kameralardan ötən il başlamış “Qadın, Həyat, Azadlıq” hərəkatından sonra müxalifləri və küçələrdə etirazçıları ayırd etmək üçün istifadə olunmağa başlanılıb.

AzVision.az


Teqlər: İran   metro  





Xəbər lenti