Sumqayıt sakini yüksək doza narkotikdən ölüb

Sumqayıt sakini yüksək doza narkotikdən ölüb
  05 Dekabr 2023    Oxunub:1636
Sumqayıtda yüksək doza narkotik vasitə qəbulu nəticəsində bir nəfər ölüb.
Hadisə Corat qəsəbəsində baş verib.

Məlumata görə Sumqayıt sakini, 2000-ci il təvəllüdlü Ağarza Vüqar oğlu İsaxanov yüksək doza narkotik vasitənin təsirindən komatoz vəziyyətə düşüb.

A.İsaxanovun həyatını xilas etmək mümkün olmayıb, o, yaşadığı mənzildə dünyasını dəyişib.
AzVision.az



Teqlər:





Xəbər lenti