Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb

Oğuzda qızılcaya    10 yoluxma    qeydə alınıb
  05 Dekabr 2023    Oxunub:1592
Oğuzda qızılca xəstəliyinə 11 yoluxma qeydə alınıb.
Məlumata görə, rayon mərkəzindən və kəndlərdən qızılca xəstəliyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 11 nəfər daxil olub.

Xəstəliyə yoluxanlardan 2-si bu gün xəstəxanaya daxil olub. Hazırda 1 nəfər stasionarda müalicə alır, 7 nəfərə isə ambulator müalicə göstərilib.

Qeyd edək ki, şimal-qərb bölgəsində qızılca xəstəliyinə ilk yoluxma halı sentyabrın ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb. Oktyabrın birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyinə yoluxma qeydə alınıb. Dünən isə Qax rayonunda 2 nəfər bu xəstəliyə yoluxub.(Report)
AzVision.az



Teqlər:





Xəbər lenti