Saatlıda sənədsiz silahlar polisə təhvil verilib

Saatlıda sənədsiz silahlar polisə təhvil verilib
  05 Dekabr 2023    Oxunub:1276
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, aparılan tədbirlər nəticəsində bu gün iki nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az



Teqlər:





Xəbər lenti