Ötən ay İranda ən azı 118 kolbar ölüb və ya yaralanıb
Ölümlərin 93%-dən çoxu İran silahlı qüvvələrinin “birbaşa atəş” nəticəsində olub. 93 hadisə Kürdüstan əyalətində, 22-si Kirmanşah və 3-ü Qərbi Azərbaycanda baş verib.
Kolbar – qanuni və ya qeyri-qanuni yollarla İran, İraq, Suriya və Türkiyə sərhədlərindən kürəyində yük daşımaq üçün işə götürülən işçidir. Onların əksəriyyəti İran Kürdüstanında yaşayır, burada kürd əyalətləri ölkənin ən yoxsulları sırasında olan ərazilərdir.
Kolbarlıq, əsasən, qanunsuz hesab edildiyi üçün bu işçilərin sığortası, pensiya planları və həmkarlar ittifaqı yoxdur.
AzVision.az