Fransa HƏMAS liderinin aktivlərini dondurub

Fransa HƏMAS liderinin aktivlərini dondurub
  05 Dekabr 2023    Oxunub:1122
Fransa hakimiyyəti HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın aktivlərini 6 ay müddətinə bloklamaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, qərar bu gündən qüvvəyə minir. Dondurulmuş aktivlərin osə həcmi açıqlanmayıb.

Qeyd edək ki, Sinvara qarşı sanksiyalar ABŞ və Böyük Britaniya tərəfindən qəbul edilib. Məhdudiyyətlərə giriş qadağası və aşkar edildikdə bank hesablarının dondurulması daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti