İranın dəstəklədiyi husilər Vaşinqtonun əsəbləri ilə oynayır

   İranın dəstəklədiyi husilər Vaşinqtonun əsəbləri ilə oynayır
  04 Dekabr 2023    Oxunub:1278
Yəmən husiləri Qırmızı dənizdə üç kommersiya gəmisinə dörd hüçum həyata keçiriblər.
AzVision.az xəbər verir ki, ABŞ Silahlıq qüvvələrinin Mərkəzi komandanlığı belə məlumat yayıb.

“Qırmızı dənizin cənubunda beynəlxalq sularda fəaliyyət göstərən üç ayrı ticarət gəmisinə dörd hücum edilib. Bu hücumlar beynəlxalq ticarət və dəniz təhlükəsizliyinə birbaşa təhdid yaradır”, - ABŞ komandanlığının bəyanatında deyilir.

Pentaqon qeyd edib ki, bütün hücumların İranın dəstəyi və təşkilatçılığı ilə Yəmən husiləri tərəfindən həyata keçirildiyini düşünmək üçün ABŞ-nin bütün əsasları var.

Bir gün əvvəl ABŞ-nin “Unity Explorer” esminesi Yəmənin husilərin nəzarəti altında olan hissəsindən atılan gəmi əleyhinə ballistik raket aşkarlayıb. Daha sonra ABŞ-nin idarə olunan “USS Carney” raket esminesi eyni ərazidən atılan PUA-nı vurub. Yarım saat sonra “Unity Explorer” yəmənli husilərin onlara daha bir raket atdığını və bundan sonra esminesin pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Günorta saatlarında isə Bermud adaları və Böyük Britaniyaya məxsus Panama bayrağı altında üzən gəmi raket atəşinə məruz qalıb. Hadisədən bir saat sonra, Panama bayrağı altında üzən “Sofi II” gəmisi raket zərbəsi ilə bağlı qəza siqnalı göndərib. Göyərtədə səkkiz ölkədən dənizçilər olub. Gəmiyə dəstək verən esmines daha bir PUA vurub.

Husilər, həmçinin Qırmızı dənizdə Britaniya ticarət gəmisinə hücum ediblər. “Əl-Ərəbiyyə” Britaniyanın “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatına istinadən xəbər verib ki, Baham adaları bayrağı altında üzən gəmi raket atəşinə tutulub.

Yəmən husiləri ötən ay Qırmızı dənizdə İsrail bayrağı altında üzən və ya İsrail şirkətlərinə məxsus olan, habelə onların istismar etdiyi istənilən gəmiyə hücum etmək niyyətlərini açıqlamışdı. Yaraqlılar öz hərəkətlərini “İsraillə Amerikanın Qəzza zolağındakı iyrənc təcavüzünə” cavab adlandırıblar.
AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti