Putin Ukraynada qələbə qazanır - “The Guardian” |
“Düşünürəm ki, Nümayəndələr Palatasında və Senatda oturanlar Baydenə daha çox təzyiq göstərməlidirlər ki, Ukrayna ilə birgə qələbə strategiyası inkişaf etdirsinlər. Bu təzyiq təkcə Ukraynanın uduzmasının qarşısını almaq deyil, həm də Kiyevin necə qalib gələcəyini anlamaq üçün də vacibdir”, - nəşr Trampın keçmiş milli təhlükəsizlik müşavirindən sitat gətirib.
Bolton ukraynalıların Amerikanın bəzi dəstəyindən məhrum olacaqları ilə bağlı narahatlıqlarını da önə çəkib. O, bu səbəbdən Vaşinqtonu Kiyevə əlavə yardım göstərməyə çağırıb.
“Biz Rusiyanın diplomatik hücumundan daha çox narahat olmalıyıq... Bu, hər an baş verə bilər. Ona görə də buna hazır olmalıyıq”, - Bolton xəbərdarlıq edib.
Bundan əvvəl "The Hill" Viskonsin ştatının respublikaçı senatoru Ron Consonun da diqqət çəkən fikirlərini dərc etmişdi. Senator Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə bitəcəyini proqnozlaşdırıb. O buna səbəb kimi Moskvanın nüvə silahına malik olmasını göstərib. Yəni, nüvə gücü uduzmayacaq...
Qeyd edək ki, son günlər Qərb mediasında Ukraynaya yardım və dəstəyin azalması, Rusiyanın qələbə əldə edəcəyinə dair silsilə yazılar dərc olunur.
İki gün öncə “The Telegraph” Almaniya və Fransanın Ukraynanı meydanda tək qoymasından yazıb.
ABŞ Xarici Əlaqələr Şurasının keçmiş prezidenti Riçard Haas CNN telekanalına müsahibəsində deyib ki, "Ukrayna torpaqların itirilməsi ilə barışmalıdır. Çünki əldən çıxan ərazilər artıq əvvəlki vəziyyətə qayıtmayacaq".
"Bloomberg" nəşri isə ukraynalıların artıq Rusiya ilə sülh naminə ərazi güzəştlərinə getməyə hazır olması barədə yazmışdı. Məqalə müəllifi aparılan sorğu məlumatlarının təhlili nəticəsində belə qənaətə gəlib.
Həmçinin, amerikalı keçmiş kəşfiyyatçı Scot Ritter bəyan etmişdi ki, ordunun süqutundan sonra Ukrayna ərazisinin 50%-ni itirə bilər. O təklif edib ki, ölkə rəhbərliyinə yaxın olan şəxs Ukrayna prezidenti Vladimir Zelenskini hərbi əməliyyatları dayandırmağa inandırmalıdır. Əks halda Ukraynanın taleyi fəlakətli ola bilər.
Tural Tağıyev
AzVision.az