Sexdən 2 avtomobil qaçıran saxlanılıb

Sexdən 2 avtomobil qaçıran saxlanılıb
  04 Dekabr 2023    Oxunub:938
Bakıda sexdən avtomobil qaçıran şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qala qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birindən “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən orada işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.

Araşdırmalarla onun noyabrın 5-də həmin sexdən “VAZ-2107” markalı digər avtomobili qaçırması da müəyyən olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti