Qətər Qəzzada 3 min yetim uşağa kömək edəcək

Qətər Qəzzada 3 min yetim uşağa kömək edəcək
  04 Dekabr 2023    Oxunub:1049
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Qəzza zolağında 3 min yetim uşağa sponsorluq etməyi və 1,5 min yaralıya tibbi yardım göstərməyi əmr edib.
Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat yayıb. Məlumata görə, əmirliyin səlahiyyətliləri Misirlə razılaşdırılaraq yaralıları və onları müşayiət edən şəxsləri daşıyacaq. Yaralı fələstinlilərin hansı ölkədə müalicə olunacağı açıqlanmır.

AzVision.az


Teqlər:





Xəbər lenti