`Zenit`dən müdafiəçiyə - 20 milyon avro

`Zenit`dən müdafiəçiyə - 20 milyon avro
  18 İyun 2014    Oxunub:1227
Rusiyanın “Zenit” klubu Portuqaliyanın “Benfika” klubu ilə müdafiəçi Esekiel Garayın transferi ilə bağlı razılığa gəlib
. Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Rusiya təmsilçisi 27 yaşlı mərkəz müdəfiçəsini heyətinə qatmaq üçün “Benfika”ya 20 milyon avro ödəyəcək. Futbolçunun özü isə ildə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, “Benfika” və İspaniyanın “Real” klubları arasında olan razılaşmaya əsasən Garayın satışından əldə olunacaq gəlirin 50 faizi Madrid təmsilçisinə çatacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti