ABŞ neft hasilatı üzrə dünya rekordu qırdı

ABŞ neft hasilatı üzrə dünya rekordu qırdı
  02 Dekabr 2023    Oxunub:1191
2023-cü ilin sentyabrında ABŞ-da neft hasilatı avqust ayı ilə müqayisədə 1,7% artaraq gündəlik rekord həddə - 13,24 milyon barelə çatıb.
“Financial Times”ın məlumatına görə, sentyabr rekordu təkcə son altı ayda deyil, bütün dünya tarixində ən yüksək göstərici olub. Nyu Meksikoda neft hasilatı 1,1% artaraq sutkada 1,82 milyon barelə, Şimali Dakotada 6,5% artaraq sutkada 1,3 milyon barelə çatıb.

Eyni zamanda, Texasda neft hasilatı sentyabrda 0,1% azalaraq sutkada 5,57 milyon barrelə düşüb. Oklahoma ştatında isə azalma 1% təşkil edərək sutkada 424 min barel təşkil edib.


AzVision.az


Teqlər:





Xəbər lenti