Avropa Birliyi: İranda edamların hazırkı sürəti dəhşətlidir

      Avropa Birliyi:    İranda edamların hazırkı sürəti dəhşətlidir
  02 Dekabr 2023    Oxunub:1305
Keçən ilki etiraz aksiyalarının iştirakçılarından Milad Zöhrəvənd və yeniyetmə Həmidrza Azərinin edamı ilə İranda 600-ü keçən edamların hazırkı sürəti dəhşətlidir.
AzVision.az xəbər verir ki, Avropa Birliyinin yaydığı bəyanatda Tehran insan həyatına qəsddə günahlandırılır.

“Ölüm cəzası cinayətə qarşı çəkindirici rol oynamayan və insan ləyaqətinin qəbuledilməz inkarını təmsil edən qəddar və qeyri-insani cəzadır. Bu cəza “konpensasiya edilə bilməyəcək” cəzadır. İran gələcəkdə hər hansı edamdan çəkinməli və qlobal tendensiyaya uyğun olaraq bu cəzanın ləğvi ilə bağlı ardıcıl siyasət yürütməlidir”, - bəyantada deyilir.

Məhsa Əmininin 40 mərasimində həbs olunan Milad Zöhrəvənd noyabrın 23-ü səhər tezdən Həmədan Mərkəzi həbsxanasında gizli şəkildə və ailəsindən xəbərsiz edam edilib.

Dekabrın əvvəlində insan haqları mənbələri Həmidrza Azəri adlı 16 yaşlı cinayətkar yeniyetmənin edam edildiyini açıqladı. 2005-ci il təvəllüdlü Həmidrza Azəri bu ilin may ayında küçə davasında kimisə öldürməkdə günahlandırılıb.
AzVision.az


Teqlər: Avropa   İran  





Xəbər lenti