Universitetlər Gürcüstan prezidentini boykot etdi
Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetinin rektoru Şalva Kirtadze deyib ki, universitet yaxın vaxtlarda belə bir tədbir keçirməyin mənasını görmür. Onun fikrincə, Zurabişvilinin mühazirəsi yersizdir.
“Universitetdə hazırda imtahan müddətidir və mühazirələr yoxdur. Tələbələr yalnız imtahana gəlirlər. İmtahanlardan sonra təhsil almaq üçün evə qayıdırlar. Ona görə də indi belə bir tədbirin keçirilməsi üçün arzuolunmaz dövrdür”. Kirtadze vurğulayıb ki, hələlik tələbələr dərslərinə diqqət yetirməlidirlər.
Oktyabrın 16-da Konstitusiya Məhkəməsi Gürcüstan prezidentinin qanun pozduğunu təsdiqləyib və bununla da impiçment proseduruna başlamaq üçün yaşıl işıq yandırıb. Müvafiq qərarı məhkəmənin 9 üzvündən altısı dəstəkləyib. Bundan sonra proses parlamentə keçib. İmpiçmentin həyata keçirilməsi təkcə hakimiyyətdə olan partiyanın deyil, həm də müxalifətin dəstəyini tələb edirdi. Nəticədə “Gürcü Arzusu” Zurabişvilini vəzifədən uzaqlaşdırmaq üçün lazımi sayda səs toplaya bilməyib.
AzVision.az
Teqlər: