İspaniya Rusiyadan rekord həcmdə qaz almağa hazırlaşır

İspaniya Rusiyadan rekord həcmdə qaz almağa hazırlaşır
  02 Dekabr 2023    Oxunub:1201
Bu ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) İspaniyaya tədarük həcmi rekord həddə çata bilər.
Bu barədə “El Mundo” qəzeti yazıb. “Enagas” enerji şirkətinin statistikasına görə, bu ilin yanvar-oktyabr aylarında Rusiya İspaniyaya LNG tədarükündə üçüncü yeri tutub və Madridin ixracatçı kimi Moskvadan asılılığı beş il ərzində altı dəfə artıb.

2023-cü ildə krallıq Rusiyadan 60 770 GVt/saat ekvivalent LNG idxal edib ki, bu da keçən ilki 42 453 GVt-dan (təxminən 43% artım) çoxdur.

Hazırda İspaniyada altı reqazifikasiya zavodu fəaliyyət göstərir. İki il əvvəl Əlcəzair və Mərakeş arasında yaranan diplomatik gərginlik İspaniyaya yanacaq daşıyan Məğrib-Avropa qaz kəmərini bağlamağa məcbur etdi.


AzVision.az


Teqlər:





Xəbər lenti