Qlenn Korn: İransız Rusiya Ukraynada müharibə apara bilməzdi
“İran silahları Rusiya üçün kritik əhəmiyyət kəsb edir. Onların sayəsində Moskva Ukraynanın əks-hücumunun uğursuzluğa düçar olması barədə rəvayətləri aşılaya bilir. Ancaq rusların əsas mesajı başqadır. Ukraynalılar uğursuzluğa düçar olurlar, müharibə uzun müddət davam edəcək, ona görə də Putinlə danışıqlar masasına oturub ona istədiyini vermək lazımdır”, - Korn deyib.
Onun iddiasına görə, iranlılar Rusiyaya dəstək verməklə bağlı artan ehtiyatlılıq nümayiş etdirməyə məcburdurlar. Çünki İsrail və ya ABŞ-la hərbi əməliyyatlar ehtimalını nəzərə alırlar.
AzVision.az