Ermənistanda koronavirusunun yeni ştammı aşkar edilib

Ermənistanda koronavirusunun yeni ştammı aşkar edilib
  01 Dekabr 2023    Oxunub:1551
Ermənistanda koronavirusunun yeni ştammı aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeni ştamm BA.2.86 (Pirola) adlanır.

Qeyd olunur ki, yeni ştamm ölkədə yoluxanların sayının artmasına səbəb olub. Belə ki, ötən həftə ölkədə koronavirusa yoluxanların sayı 15,6 faiz olduğu halda, son 7 gündə müsbət test nəticələrinin faizi 10,7 faiz olub.

AzVision.az


Teqlər:





Xəbər lenti