Günün oyunları: Kim kimlə qarşılaşacaq?

Günün oyunları: Kim kimlə qarşılaşacaq?
  18 İyun 2014    Oxunub:1183
Dünya çempionatında ıı turun oyunlarına start verilib.
AzVision.az xəbər verir ki, bu gecə A və B qruplarında çempionatın növbəti oyunları keçiriləcək.
Bakı vaxtıyla saat 21:00-da meydana B qrupunun komandaları çıxacaq. Avstraliya və Hollandiya yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Saat 00:00-da isə İspaniya və Çili milliləri qarşılaşacaq. Birinci oyunda Hollandiya qarşısında darmadağın olan ispanlara bu qarşılaşmada qələbə hava-su kimi lazımdır.

Gecənin son oyununda isə Kamerun və Xorvatiya yığmaları meydanda mübarizə aparacaq. Oyun 03:00-da başlayacaq.

Emin



Teqlər:  





Xəbər lenti