Ermənistanın sabiq korpus komandiri korrupsiyada ittiham olunub

   Ermənistanın sabiq korpus komandiri korrupsiyada ittiham olunub
  01 Dekabr 2023    Oxunub:1319
Ermənistan Müdafiə Nazirliyinin sabiq korpus komandiri, general-mayor Qriqori Xaçaturov külli miqdarda korrupsiya işində ittiham olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Birinci instansiya məhkəməsinin qərarından narazı qalan dövlət ittihamçısı Q.Xaçaturov barəsində Apellyasiya protesti verib.

Bu gün keçirilən məhkəmə iclasında vəsatət rədd edilərək barəsində zaminlik və inzibati nəzarətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti