“Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinə start verilib

“Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinə start verilib
  01 Dekabr 2023    Oxunub:1131
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: keçmişdən gələcəyə” layihəsinin icrasına başlayıb.
AzVision.az -ın məlumatına görə, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarfləndirməkdir.

3 ay davam edəcək layihə çərçivəsində Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli barədə araşdırma xarakterli 4 yazı hazırlanacaq.
Yazılar mətbuatda dərc ediləcək və aparılan araşdırmalarla bağlı müzakirələr təşkil olunacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti